• Bakı 10° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Həyat yoldaşına şiddət göstərmişdi - Amnistiyaya düşdü

CƏMİYYƏT

20 Mart 2026 | 11:37

Həyat yoldaşına şiddət göstərmişdi - Amnistiyaya düşdü

Astara rayonunda həyat yoldaşını döyən şəxsin barəsində Amnistiya tətbiq olunub.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, Astara rayon sakini, 1994-cü il təvəllüdlü Bəhruz Vəliyev (ad-soyad şərti verilib – red.) həyat yoldaşı Süsənə qarşı şiddət göstərməsi barədə polisə məlumat daxil olub.

Hadisə ötən ilin noyabrın 10-da rayonunun kəndlərindən birində baş verib. Vəliyev birgə yaşadıqları evdə arvadı ilə ailə münaqişəsi zəminində mübahisə edib.

Mübahisə zamanı o, arvadının bədəninin müxtəlif nahiyyələrinə şillə və yumruq zərbələri vurub, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

Faktla bağlı Vəliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Vəliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu deyib, Zərərçəkmiş şəxs ilə barışdıqlarının nəzərə alınaraq barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya tətbiq edilməsini xahiş edib.

Astara Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarının 5.1-ci hissəsi tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.


SON XƏBƏRLƏR

19 Mart 2026