“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının əsaslı təmir və modernləşdirilməsi ilə bağlı ilkin mərhələ işləri başa çatdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müvafiq texniki, maliyyə və digər məsələlərin həllindən sonra stansiyanın təmirinə başlanılması gözlənilir: “Bakı metrosunda həmin zaman qatarların hərəkət qrafiki ilə yanaşı, baş verəcək digər dəyişikliklərin hər biri ətraflı şəkildə əvvəlcədən ictimaiyyətə təqdim olunacaq”.