• Bakı 31° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

HİK - "Qarabağ" oyununa satılmış biletlərin sayı açıqlanıb

İDMAN

16 Avqust 2023 | 15:12

HİK - Qarabağ oyununa satılmış biletlərin sayı açıqlanıb

Finlandiyada HİK və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bakıvaxtı.az Helsinki təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma üçün 5500 bilet alınıb.

Görüş başlayana qədər biletlərin tükənəcəyi gözlənilir.

Qeyd edək ki, avqustun 17-də "Bolt Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Arena 10770 azarkeş tutumuna malikdir. İlk görüşdə Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb.


SON XƏBƏRLƏR

18 Iyul 2025