• Bakı 28° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə görüşdü

SİYASƏT

13 Iyul 2026 | 15:25

Hikmət Hacıyev Şuşada Tiktok və Linkedinin məsul şəxsləri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində bir sıra sosial media şəbəkəsinin məsul şəxsləri ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə özünün "X" sosial media hesabında yazıb.

"TikTok"un Şərqi Avropa üzrə hökumətlə əlaqələr və ictimai siyasət departamentinin rəhbəri Diana Ryan, "Linkedin"in Avropa, Yaxın Şərq və Afrika və Latın Amerikası regionları üzrə dövlət sektoru və qeyri-kommersiya təşkilatları ilə satış departamentinin rəhbəri "Seamus Clancy", eləcə də "Dharana Digital" şirkətinin direktoru, süni intellekt və sosial media üzrə ekspert, tədqiqatçı və müəllif Dr. Karen Sutherland ilə məhsuldar görüşlər keçirdik. Görüşlər zamanı Azərbaycanla əməkdaşlığın genişləndirilməsi, rəqəmsal idarəetmə, uşaqların onlayn mühitdə daha effektiv qorunmasına yönəlmiş Azərbaycanın yeni qanunvericiliyinin tətbiqi, həmçinin bu sahədə beynəlxalq ən yaxşı təcrübələr ətrafında fikir mübadiləsi apardıq", - paylaşımda qeyd olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR