Himalay bölgəsinin milyonlarla sakini qarşıdakı illərdə buzlaq daşqınlarının fəlakətli riski ilə üzləşəcək.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibinin köməkçisi Kanni Viqnarajan deyib.
Onun sözlərinə görə, təcili xəbərdarlıq 2026-cı ilin avqust ayının sonlarında Nepalda baş verən və 1000-dən çox insanın həyatına son qoyan dağıdıcı buzlaq çökməsi ilə əlaqədardır:
"Milyonlarla insanın yaşadığı bütün çay sahilləri də demək olar ki, yaşayış üçün yararsız hala düşə bilər. Risk altında olan əhali milyonlarladır".
Gülşən Şərif




