• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Hindistan ikinci “Arihant” nüvə sualtı qayığını silahlanmaya qəbul edib

DÜNYA

30 Avqust 2024 | 01:41

Hindistan ikinci “Arihant” nüvə sualtı qayığını silahlanmaya qəbul edib

Hindistan Hərbi Dəniz Qüvvələri ölkə istehsalı olan ikinci "Arihant" nüvə sualtı qayığını silahlanmaya qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Sualtı qayığın Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimi ölkənin müdafiə naziri Racnath Sinqhin iştirakı ilə Vişakhapatnam limanında keçirilib.

"Arihant" Hindistanın nüvə triadasını daha da gücləndirəcək, regionda strateji tarazlığın və sülhün bərqərar olmasına kömək edəcək, habelə ölkənin təhlükəsizliyində mühüm rol oynayacaq", - müdafiə naziri mərasimdə bildirib.

İlk "Arihant" sualtı qayığı 2016-cı ildə istismara verilib./report


SON XƏBƏRLƏR

13 Sentyabr 2024