• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Hitlerin şəxsi bayrağı bu ölkədə tapıldı

DÜNYA

05 Dekabr 2024 | 20:31

Hitlerin şəxsi bayrağı bu ölkədə tapıldı

Polşanın Poznan şəhərindəki Milli Muzey öz kolleksiyasında nasist Almaniyasının diktatoru Adolf Hitlerin şəxsi ştandartını aşkar edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RAR agentliyi məlumat yayıb.

Artefakt sənət tarixçisi Aleksandra Paradovskaya tərəfindən müəyyən edilib. Ştandart eni və uzunu bir metr olan, qızıl saplarla tikilmiş yazı ilə bəzədilən kətan parçadan ibarətdir: mərkəzdə palıd yarpaqları ilə haşiyələnmiş svastika, künclərdə isə qartal təsvirləri var. Polşalı ekspertlər hesab edirlər ki, bu, Hitler üçün xüsusi olaraq hazırlanmış, indiyə kimi qorunub şaxlanmış yeganə ştandart ola bilər.

Muzeyin sözçüsü Pavel Oses qeyd edibki, tapıntının sonrakı tədqiqi planlaşdırılmır, amma maraqlanan şəxslər və ya təşkilatlar banneri görmək istəsələr, obyektə girişi təmin ediləcək.


SON XƏBƏRLƏR

18 Aprel 2025