"Döyüşçülərimizin gözü düşmənin sərhəddən geri çəkilmə prosesində olacaq".
Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, Livan və İsrail arasında atəşkəsin qüvvəyə minməsindən sonra Hizbullah tərəfi ilk dəfə bəyanat yayıb.
İsrailin Mavi Xəttin cənubundakı əsgərlərini mərhələli şəkildə geri çəkməsini və Livan ordusunun Livanın cənubuna əsgər yerləşdirməsini şərtləndirən atəşkəs razılaşmasına Hizbullahın reaksiyası maraq doğurub.
Bəyanatda Hizbullah İsrailin gələcəkdə həyata keçirə biləcəyi mümkün hücumlara toxunaraq, "Qüvvələrimiz İsrailin hücumlarına müqavimət göstərməyə tam hazır olacaq" ifadəsi işlədilib.
Bəyanatda İsrailin Cənubi Livandan çəkilmə prosesinin yaxından izləndiyi vurğulanıb.
Qeyd edək ki, İsrail ordusu ilə Livanda Hizbullah arasında 14 aydan çox davam edən qarşıdurmaya son qoyan atəşkəs razılaşması ötən gün səhər saatlarında qüvvəyə minib.
Gülşən Şərif