• Bakı 14° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Hizbullahın yeni lideri də ÖLDÜRÜLDÜ - İsrail MN

DÜNYA

23 Oktyabr 2024 | 09:22

Hizbullahın yeni lideri də ÖLDÜRÜLDÜ - İsrail MN

İsrail Müdafiə Qüvvələri Hizbullah qruplaşmasının icra şurasının rəhbəri Haşim Səfiəddin və kəşfiyyat qərargahının rəhbəri Hüseyn Əli Zimin öldürüldüyünü təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səfiəddin və Hüseyn Əli Zim təxminən üç həftə əvvəl Beyrutun kənarındakı Daahe bölgəsindəki kəşfiyyat qərargahına endirilən hava hücumu zamanı öldürülüb. Hücumda onlarla yanaşı, digər komandirlər də zərərsizləşdirilib.

İsrail ordusunun mətbuat xidməti qeyd edib ki, hücum zamanı qərargahda qruplaşmanın 25 üzvü, o cümlədən Livan kəşfiyyat qərargahının komandiri Belal Sayev Ayaş və Suriyadakı kəşfiyyat qərargahının rəhbəri Mahmud Məhəmməd Şahin də olub.

"Al Hadath" telekanalı məlumat yayıb ki, Livanın Mülki Müdafiə Xidmətinin rəsmiləri Beyrutun kənarındakı dağıntıları təmizləyərkən Səfiəddinin meyitini aşkar ediblər. 

Qeyd edək ki, Haşim Səfiəddin Hizbullahın öldürülən baş katibi Həsən Nəsrullahın əmisi oğludur. Media onun baş katibin ehtimal olunan varisi adlandırıb.


SON XƏBƏRLƏR