• Bakı C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Hökumət gələn həftə parlamentə hesabat verəcək - EKSKLÜZİV

SİYASƏT

03 Mart 2025 | 14:05

Hökumət gələn həftə parlamentə hesabat verəcək - EKSKLÜZİV

Nazirlər Kabineti Milli Məclisə hesabat verəcək.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, hökumətin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı gələn həftə parlamentə təqdim ediləcək.

Hesabatın qanunverici orqanının martın 14-də keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulub.

Sənədi Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir. İclasda onunla yanaşı digər hökumət üzvlərinin də iştirak etməsi nəzərdə tutulub.

Qeyd edək ki, hesabatda hökumətin ötən il gördüyü işlər, Nazirlər Kabenetinin fəaliyyəti yer alacaq.

Xatırladaq ki, hökumətin parlamentə hesabat verməsi təcrübəsi konstitusion norma kimi müəyyən olunub. Belə bir hesabatlılıq hər iki qurum arasında konstruktiv və işgüzar əməkdaşlığa töhfə verir, hökumətin gördüyü işləri deputatlarla birlikdə təhlil etməyə və qarşıda dayanan vəzifələri bir daha dəqiqləşdirməyə şərait yaradır.


SON XƏBƏRLƏR