• Bakı 11° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Horovlu kənd məktəbi fəaliyyətə başladı - FOTOLAR

CƏMİYYƏT

01 Dekabr 2025 | 19:49

Horovlu kənd məktəbi fəaliyyətə başladı - FOTOLAR

01 dekabr 2025-ci il tarixində Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib.

Şərqi Zəngəzur RTİ-dən Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov məktəbin fəaliyyətə başlaması münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik edib. O, işğaldan azad olunmuş ərazilərdə tədris prosesinin qısa müddətdə bərpasının ölkəmizdə təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb, həmçinin cari tədris ilində qarşıda duran vəzifələr barədə danışıb.

Tədbirdə məktəbin direktoru Zamiq Həmzəyev də çıxış edərək kollektivə uğurlar arzulayıb, məktəbdə yaradılan şərait və qarşıya qoyulan təhsil hədəfləri haqqında məlumat verib.

Digər qonaqlar da çıxış edərək sevinclərini ifadə edib və məktəbin fəaliyyətə başlamasını əlamətdar hadisə kimi dəyərləndiriblər.


SON XƏBƏRLƏR