• Bakı 17° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Hoteli əxlaqsızlıq yuvasına çevirən qadına bu CƏZA VERİLDİ

CƏMİYYƏT

26 Aprel 2025 | 13:41

Hoteli əxlaqsızlıq yuvasına çevirən qadına bu CƏZA VERİLDİ

Astara şəhərində yerləşən “Panorama” hotel-restoranda əxlaqsızlıq yuvası təşkil edən qadın cinayət məsuliyyətinə cəlb edilib.

Bakıvaxtı.az-ın “Qafqazinfo"ya istinadən məlumatına görə, iaşə obyektinin icarədarı 1965-ci il təvəllüdlü Elnarə Babayeva (soyad şərtidir) barəsində cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə iş açılıb.

Araşdırmalar amanı müəyyən edilib ki, E.Babayeva dəniz kənarında yerləşən hoteli 600 manat aylıq ödənişlə icarəyə götürərək işlədib. Bu müddət ərzində o, müxtəlif şəxslərin hoteldə pul qarşılığında görüşməsinə şərait yaradıb və bundan maddi gəlir əldə edib.

Astara sakinlərindən birinin polisə müraciətindən sonra hoteldə əməliyyat keçirilib və əxlaqsızlıq yuvasının təşkil edilməsinin üstü açılıb.

Cinayət işi üzrə keçirilən məhkəmə prosesində təqsirləndirilən qadın onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirib. Həkim rəyində də onda bağırsaq xərçəngi xəstəliyinin olması qeyd edilib.

Astara Rayon Məhkəməsinin 22 aprel tarixli hökmü ilə Elnarəyə 2 il islah işləri cəzası verilib.


SON XƏBƏRLƏR