• Bakı C

    1.08 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Hüseynin şirkətinə HÜCUM – hesablar bloklandı, repressiyaya START VERİLDİ

DÜNYA

12 Fevral 2025 | 15:17

Hüseynin şirkətinə HÜCUM – hesablar bloklandı, repressiyaya START VERİLDİ

Rusiyanın Federal Vergi Xidməti (FTX) azərbaycanlı bloqqer Hüseyn Həsənova məxsus "Banda Foods" şirkətinin hesablarını bloklayıb. Səbəb vergilərin ödənilməməsidir.

Bakıvaxtı.az lent.az-a istinadla bildirir ki, Kreml Azərbaycana təzyiq göstərmək üçün sərt tədbirləri, o cümlədən pul köçürmələrini məhdudlaşdırmaq, taxıl tədarükünü əngəlləmək və nəqliyyat marşrutlarına yenidən baxmağı düşünür.

Bloqqer Həsənov bu kontekstdə repressiyaların ilk gözə çarpan hədəfi olub.

Hüseyn Həsənov kimdir?

Hüseyn Həsənov Rusiyanın ən məşhur videobloqqeri hesab edilir.

Hüseyn 5 iyun 1987-ci ildə Sankt-Peterburqda azərbaycanlı əsilli iş adamının ailəsində anadan olub. Valideynləri restoran biznesi ilə məşğuldurlar.

Hələ universitetdə oxuyarkən KVN-də oynamağa başlayan Hüseyn komandanın kapitanı olub, sonra stend-up komediyaçısı kimi fəaliyyət göstərib, universiteti bitirdikdən sonra İnstaqram üçün videoçarxlar çəkib. Paralel olaraq bizneslə məşğuldur: kafelər şəbəkəsi və mağaza kişi geyimi GG markası var.

Hüseyni hazırda instagramda 21 milyondan çox insan izləyir. Rusiyanın ən məşhur simalarından olan Hüseyn Çeçenistan prezidenti Ramzan Kadırov ilə də dostdur. Hətta Kadırov bir müddət öncə Hüseyni evləndirmək istədiyini də demişdi.


SON XƏBƏRLƏR