• Bakı 19° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Husilərin 800 üzvü öldürüldü

DÜNYA

17 Oktyabr 2026 | 21:56 | Müəllif: Subhan Mahmudov

Husilərin 800 üzvü öldürüldü

Son 24 saat ərzində Yəmən hökumətinin silahlı qüvvələri husilərin təxminən 800 yaraqlısını zərərsizləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Yəmən ordusunun sözçüsü Məcid ən-Nuzayli qeyd edib.

Bildirilib ki, husilərin mövqeyinə 1417 dəqiq və birbaşa zərbə endirilib. 190-dan çox zirehli texnika məhv edilib və ya sıradan çıxarılıb.

Ən-Nuzaylinin sözlərinə görə, zərbələr husilərin cəmləşməsini, möhkəmləndirilmiş mövqeləri və PUA meydançalarını hədəf alıb.

Məlumatda qeyd edilib ki, Şərq cəbhəsində hökumət qüvvələri husilərin mövqelərini təmizləməyə davam edib və yeni taktiki xətlər üzərində nəzarəti ələ keçirib.

Bundan əlavə, ölkənin cənub-qərbindəki Taiz əyalətində silahlı qüvvələr husilərin davamlı hücum dalğalarını dəf edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026