İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya və terror araşdırmalarından sonra təşkil edilən icazəsiz etiraz aksiyalarına qatılanlara cinayət işi açılıb.
Bakıvaxtı.az bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.
Məlumata görə, aksiyalarda 104-ü həbsdə olmaqla 139 nəfərə qarşı 3 ilə qədər azadlıqdan məhrumetmə tələbi ilə cinayət işi qaldırılıb.
Şübhəlilərin istintaq və məhkəmə ifadələrində heç kimin təsiri və ya təşviqi ilə aksiyaya qatılmadıqlarını söylədikləri və ittihamları qəbul etmədikləri də qeyd olunub.
Nuriyyə Musayeva