• Bakı C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

İcmadan Aİ-nin anti-Azərbaycan açıqlamalarına MÜNASİBƏT

CƏMİYYƏT

22 Sentyabr 2023 | 17:58

İcmadan Aİ-nin anti-Azərbaycan açıqlamalarına MÜNASİBƏT

Qərbi Azərbaycan İcması son günlər Avropa İttifaqının,xüsusən onun ali nümayəndəsi Cozef Borrelin (İspaniya) və Almaniyanın anti-Azərbaycan açıqlamaları ilə bağlı bildirir ki, bu gedişlə Avropa İttifaqı özünü Fransanın vəziyyətinə salaraq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən tam kənarda qalacaq.

Bu barədə Bakıvaxtı.az-a İcmadan məlumat verilib.

“Xüsusən Cozef Borrelin istifadə etdiyi ifadələr və tonu tamamilə qəbuledilməzdir. Son vaxtlar İspaniyanın Azərbaycana qarşı artan bəyanatları xüsusunda İspaniyanın C.Borrelə, yoxsa C.Borrelin İspaniyaya təlimat verməsi məsələsi sual doğurur.

Almaniya Xarici İşlər Nazirliyinin tvitter səhifəsində alman nazirin BMT Təhlükəsizlik Şurasında ingilis dilində etdiyi çıxışdan yerləşdirilmiş hissədə “Laçın” sözünün ingilis deyil, fransız dilində yazılması isə Almaniyanın acınacaqlı durumunu, özünün mövqeyinin olmadığını, məsələyə sırf rəsmi Parisin prizmasından yanaşdığını bir daha aydın göstərir”, - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

04 Dekabr 2024