"Erikli" markalı su məhsullarının qiymətində artım gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, qiymət artımının əsas səbəbi məhsulun istehsal olunduğu Türkiyədə suyun qiymətinin yüksəlməsidir.
Hazırda "Erikli" suyunun Türkiyədə müxtəlif həcmli məhsullarında qiymət artımı müşahidə olunur. Məsələn, 330 millilitrlik "Erikli" suyunun qiyməti son bir ay ərzində yüksələrək dövrün ən yüksək səviyyəsinə çatıb.
"Erikli" Azərbaycanda da satılır. Hazırda məhsulun müxtəlif çeşidləri satış məntəqələrində fərqli qiymətlərlə təklif olunur. Məsələn, 1 litrlik "Erikli" suyunun qiyməti 2,39 manat, 1,5 litrlik məhsulun qiyməti isə 3,65 manatdır.
Türkiyədə qiymətlərin artması fonunda Azərbaycanda da "Erikli" məhsullarının satış qiymətlərinə yenidən baxılması gözlənilir.
Murad İsmayıl
Bakı 



