• Bakı 36° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

İcra Hakimiyyətində qalmaqal: Müavinin otağında qışqırdı, həbs cəzası aldı

CƏMİYYƏT

01 Avqust 2025 | 16:20

İcra Hakimiyyətində qalmaqal: Müavinin otağında qışqırdı, həbs cəzası aldı

Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavinini xidməti otağında təhqir edən şəxs inzibati qaydada həbs olunub.

Bakıvaxtı.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, 1961-ci il təvəllüdlü, Qra Nuru kənd sakini C.V. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub. İşə məhkəmə baxıb.

Araşdırma zamanı məlum olub ki, 64 yaşlı C.V. Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, icra başçısının müavini Gündüz Səmədlinin qəbuluna gəlib. Əvvəlcə əməkdaşlar ona Gündüz Səmədlinin binada olmadığını bildiriblər. Lakin o, icra hakimiyyətinin qarşısında yüksək səslə müavinə qarşı narazılığını ifadə etməyə başlayıb.

Daha sonra qəbuluna daxil olduğu müavinin otağında isə "burda bir insan yoxdur, sözümüzü deyək" deyə yüksək səslə qışqıraraq səs-küy salıb.

Məhkəmənin qərarı ilə C.V.-yə 4 gün müddətində inzibati həbs cəzası verilib.


SON XƏBƏRLƏR

01 Avqust 2025