• Bakı 19° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

İcra Hakimiyyətinin əməkdaşını "tok" vurub ÖLDÜRDÜ

HADİSƏ

13 Iyun 2022 | 09:35

İcra Hakimiyyətinin əməkdaşını "tok" vurub ÖLDÜRDÜ

İyunun 11-i saat 13 radələrində Yardımlı rayon sakini, 1982-ci il təvəllüdlü Sərhad Sultanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yardımlı Rayon Prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Yardımlı rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsində gözətçi işləyən Sərhad Sultanov Viləş çayının Yardımlı şəhərindən keçən hissəsinin kənarında su nasosunu təmir edən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026