• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İcra Hakimiyyətinin inzibati binası üçün 186 MİNLİK SİFARİŞ

CƏMİYYƏT

11 Avqust 2023 | 11:51

İcra Hakimiyyətinin inzibati binası üçün 186 MİNLİK SİFARİŞ

Şəki Şəhər İcra Hakimiyyətinin yeni tikilən inzibati binası üçün 1000 kVA gücündə dizel generatorunun və avadanlıqların satın alınması ilə bağlı keçirilən tenderin nəticəsi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “PLANET CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Qalib şirkətlə 186.179,99 manat dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, Şəki İcra Hakimiyyətinin yeni inzibati binası üçün 3 milyon manatdan çox vəsait xərclənib.

İcra hakimiyyətinin yeni binası zirzəmi qatından və 4 mərtəbədən ibarətdir. Ümumi sahəsi 6080 kvadratmetr olan binada 56 yerlik konfrans zalı, 164 nəfərlik akt zalı və 70 nəfərlik yeməkxana yaradılıb. Həmçinin yeni binada hər cür şəraiti olan 90 iş otağı, kitabxana, muzey, sərgi və toplantı otaqları var. Zirzəmi qatında avtodayanacaq və texniki xidmət sahəsi fəaliyyət göstərir. Binanın həyətyanı sahəsində abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026