Bərdədə idaretmədən çıxan avtomobil yaşayış evində çırpılıb xəsarət alanlar var.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə allnıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarında yerləşən evə çırpılıb. Qəza nəticəsində zərbədən evin divarının bir hissəsi dağılıb.
Nəticədə ev sakinləri İsmayılzadə Sevinc, İsmayılzadə Xədicə və İsmayılzadə Günel xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım maşını ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo




