• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İdmançılar enerji içkiləri ilə bağlı yalnış mesaj verir - RƏSMİ

CƏMİYYƏT

04 Iyun 2021 | 23:55

İdmançılar enerji içkiləri ilə bağlı yalnış mesaj verir - RƏSMİ

“Tanınmış şəxslərin enerji içkilərinin təbliğatında iştirakı məsələsi, xüsusilə də idmançıların bu içkiləri qəbul edərək güclənməsi istehlakçı mövqeyindən yalnış mesajdır”.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov danışıb.

O bildirib ki, xüsusilə də bu içkilər idmançılar üçün təhlükəlidir:

“Elmi araşdırmalar göstərir ki, ən çox ölüm halları idmançılar arasında baş verir. Çünki, həddən artıq istehlak qısa müddətdə gərgin enerji sərfiyyatı nəticədə insan orqanizmində riskli vəziyyət yaradır və ölüm hallarına gətirib çıxarır”.

Aparat rəhbəri qeyd edib ki, bu cəhətdən xüsusilə idmançılar mövcud nüanslara diqqət yetirməlidirlər.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026