• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İdxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqləndi

CƏMİYYƏT

13 May 2022 | 13:04 | Müəllif: Qalib İbrahimoğlu

İdxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqləndi

Nazirlər Kabineti “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nı təsdiqləyib.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, siyahıya aşağıdakı məhsullar daxildir:

- Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı

- Müstəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton

- Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük

- İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər

- Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları

- Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026