İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Şuşanın tanıdılması üçün birgə fəaliyyət göstərəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu İƏT baş katibi Əsəd Məcid Xan jurnalistlərə açıqlayıb.
Onun sözlərinə görə, Şuşanın 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan olunması çərçivəsində Azərbaycan hökuməti və yerli qurumlarla birgə müxtəlif tədbirlər həyata keçiriləcək:
"Artıq Şuşanın turizm potensialının, təbii gözəlliklərinin və zəngin mədəni irsinin tanıdılması məqsədilə bir sıra mühüm tədbirlər planlaşdırılıb. Bu fəaliyyətlər ilboyu davam etdiriləcək və şəhərin beynəlxalq səviyyədə təşviqinə töhfə verəcək"./Report
Bakı 




