• Bakı 28° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

III Çarlz hökumətin yeni qanunvericilik dövrü üçün proqramını açıqlayıb

CƏMİYYƏT

17 Iyul 2024 | 17:40

III Çarlz hökumətin yeni qanunvericilik dövrü üçün proqramını açıqlayıb

III Çarlz hökumətin yeni qanunvericilik dövrü üçün proqramını açıqladı.

Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, İyulun 4-də baş nazir Keir Starmerin rəhbərlik etdiyi Leyboristlər Partiyasının qalib gəldiyi seçkilərdən sonra yeni parlament dövrünün açılışında İngiltərə kralı III Çarlz hökumət proqramını elan edib.

Kral Çarlz yeni qanunvericilik ilinin açılışındakı çıxışında hökumətin ölkə daxilində mənzil tikintisi və infrastruktur layihələrini sürətləndirmək üçün planlaşdırma prosedurlarında islahatlar aparacağını bəyan edib.

İngiltərə kralı həmçinin hökumətin avtobusların və dəmir yollarının milliləşdirilməsi də daxil olmaqla nəqliyyat islahatları vədinə istinad edərək, leyboristlər hökumətinin qatar şirkətlərini yenidən ictimai mülkiyyətə qaytarmaq planını təsdiqləyib.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR