• Bakı 26° C

    5.06 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

III “Ulduz Cup” futbol turnirinin iştirakçıları bəlli olub

İDMAN

19 Avqust 2026 | 21:50

III “Ulduz Cup” futbol turnirinin iştirakçıları bəlli olub

Avqustun 24-dən 27-dək Qubada 2015-ci il təvəllüdlü futbolçular arasında III “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək. Turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq turnirdə Azərbaycanı “Ulduz” FA, “Zirə” FK, “Sabah” FK, “Neftçi” PFK və “Qarabağ” FK, Özbəkistanı “Paxtakor” FK və “Bunyodkor” FK, Gürcüstanı “Dinamo Tbilisi”, Polşanı “Drukarz” KS, Türkmənistanı “Altın Taç” FK, Qırğızıstanı “Sduşorsi”, Qazaxıstanı isə “Kayrat” komandaları təmsil edəcək. Beləliklə, yarışda ümumilikdə 7 ölkədən 12 komanda mübarizə aparacaq.

Qeyd edək ki, “Ulduz Cup” beynəlxalq futbol turniri artıq üçüncü dəfə keçirilir. İlk turnirdə “Dinamo Minsk” (Belarus) qalib olub. “Ulduz” FA (Azərbaycan) ikinci, “Bunyodkor” (Özbəkistan) isə üçüncü yeri tutublar. Ötən il keçirilən II “Ulduz Cup” turnirində isə “Neftçi” PFK (Azərbaycan) birinci, “Paxtakor” FK (Özbəkistan) ikinci, “Dinamo Tbilisi” (Gürcüstan) üçüncü olublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR