• Bakı 28° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

İki futbolçunun ölümü ilə nəticələnən qəza: MÜƏMMALAR VAR

İDMAN

20 Avqust 2026 | 16:39

İki futbolçunun ölümü ilə nəticələnən qəza: MÜƏMMALAR VAR

Abşeron rayonunda iki futbolçunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində adı hallanan "Toyota Corolla" avtomobilinin sahibi məsələyə aydınlıq gətirib.

Bakıvaxtı.az xəbər verir ki, avtomobilin sahibi Yaşar Bağırov oxu.az-a açıqlamasında bildirib ki, hadisə nəticəsində onun avtomobilinə heç bir ziyan dəyməyib və onun hadisənin baş verməsində günahı yoxdur:

"İyulun 29-da Abşeron rayonu, Qobu qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı bildirirəm ki, mən göy rəngli "Toyota Corolla" avtomobilinin sürücüsü olmuşam. Hadisə zamanı qarşımdakı avtomobili ötmək istəyərkən mərhum Rauf Hüseynovun avtomobili ilə üzbəüz gəlmişəm və yenidən öz hərəkət zolağıma qayıtmışam. Mənim idarə etdiyim avtomobillə mərhumun avtomobili arasında heç bir təmas olmayıb.

Mən öz avtomobilimlə həmin ərazidən keçdikdən sonra mərhum Rauf Hüseynovun avtomobilinin qəza etdiyini görməmişəm və həmin qəzanın necə baş verdiyinin şahidi olmamışam. Əməliyyatçılar evimə gələnə qədər bu qəza barədə ümumiyyətlə heç bir məlumatım olmayıb. Yalnız əməliyyatçılar evimə gəldikdən sonra belə bir qəzanın baş verdiyindən xəbər tutmuşam".

Y.Bağırov bildirib ki, hadisə vaxtı ailə üzvləri də avtomobildə olublar. Həmin gün, qəzadan bir neçə saat sonra əməliyyatçılar evimə gələrək məni və avtomobilimi ekspertizaya aparıblar. Avtomobilimə baxış keçirilərkən heç bir zədə, cızıq və ya qəza nəticəsində yaranmış hər hansı iz aşkar edilməyib".

Y.Bağırov avtomobilinin hadisədən sonra rənglənməsi məsələsini də təkzib edib:

"İddia olunur ki, avtomobilim qəzadan dərhal sonra rənglənib və hadisə zamanı avtomobili mən deyil, oğlum idarə edib. Bu məlumatlar həqiqəti əks etdirmir. Avtomobilimin qəzadan sonra rənglənməsi ilə bağlı heç bir sübut ekspertiza tərəfindən təsdiqlənməyib.

Baş vermiş hadisəyə görə çox təəssüf hissi keçirirəm. Allah ölənlərə rəhmət eləsin, yaxınlarına və ailələrinə səbir versin".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR