• Bakı 28° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

İkiqat dünya çempionu evinin önündə GÜLLƏLƏNDİ - FOTO

HADİSƏ

22 Avqust 2026 | 14:39

İkiqat dünya çempionu evinin önündə GÜLLƏLƏNDİ - FOTO

Cənubi afrikalı keçmiş ikiqat dünya çempionu Zolani Tete evinin qarşısında güllələnərək öldürülüb.

Bakıvaxtı.az -ın xarici KİV-ə istinadla xəbərinə görə, hadisə avqustun 21-də axşam saatlarında Cənubi Afrika Respublikasının Mdantsane şəhərində baş verib. Boksçunun ölümünü onun meneceri Mlandeli Tenqinfene də təsdiqləyib.

Qətlin motivi və hadisəni törədən şəxslərin kimliyi məlum deyil.

Zolani Tete 54 kq çəki dərəcəsində IBF və WBO versiyaları üzrə dünya çempionu olub. O, titul döyüşlərində ən sürətli nokaut rekordlarından birinə də sahib idi. Tete Sibiniso Qonyanı ilk raundun cəmi 11-ci saniyəsində nokauta salmışdı.

2022-ci ildə dopinq qaydalarını pozduğuna görə Tete dörd il müddətinə diskvalifikasiya edilmişdi. Cəza müddəti başa çatdıqdan sonra 38 yaşlı boksçu yenidən rinqə qayıtmağı planlaşdırırdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Avqust 2026