• Bakı 30° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8509

    RUB - 0.0193

Hacı Salmana 3 ay müddətinə həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB

HADİSƏ

25 Iyun 2024 | 18:35

Hacı Salmana 3 ay müddətinə həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, Abşeron rayon Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Hacı Salman Kamiloğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ilahiyyatçı Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslər cinsi əlaqədə olma və yaxud seksual xarakterli hərəkətlər etməkdə) ittiham olunur.

Hazırda Abşeron rayon Polis İdarəsində fakt üzrə istintaq hərəkətləri aparılır.

 

***09:48

İlahiyyatçı Hacı Salman Kamiloğlu saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir. Belə ki, Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.

Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Hacı Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.


SON XƏBƏRLƏR