• Bakı C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

İlham Əliyev bir çox dövlətlərin bölgədə hökmranlığına son qoydu

SİYASƏT

04 Noyabr 2024 | 10:55

İlham Əliyev bir çox dövlətlərin bölgədə hökmranlığına son qoydu

“Müharibə göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada Milli Məclisin deputatı, STM idarə heyətinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda 35 il əvvəl sovetlərin dağılması ilə formalaşan düzəni dəyişdirən İlham Əliyev geosiyasi inqilab etməklə, bir çox dövlətlərin  bölgədə hökmranlığına son qoydu.

“Lakin hərbi meydanda məğlub olanlar digər platformalarda Azərbaycandan qisas almaq, onu cəzalandırmaq xəttini seçərək son 4 ildə “3-cü Qarabağ savaşı” üçün beynəlxalq zəmin, tərəfdar və hüquqi-siyasi aktlar toplayırlar. Bircə qalıb BMT qətnamələri, ondan aşağı bütün səviyyələrdə bizim 30 illik imtahanları onların əvəzindən keçən böyük bir şəbəkə formalaşıb”.

Z.Oruc nəzərə çatdırıb ki, beynəlxalq hüquq, ədliyyə və məhkəmə sistemində kök salan erməni şəbəkəsinin miqyası və fəaliyyəti nəticəsində cinayət, ədliyyə sistemi və ədalət mühakiməsi tam siyasiləşib.

“Hər gün ölkəmizə qarşı yönələn geosiyasi təzyiq, informasiya hücumu, media  və hüquq  orqanların təhdidinə yeni institutlar, tərəfdaş və isimlər cəlb edilir. Xankəndidən könüllü köçən ermənilərinin hüquqları ilə bağlı çoxsaylı qurumlar yaradılır, beynəlxalq hüquq sahəsində vəzifəli, yaxud sabiq şəxslərin prosesə cəlbi genişlənir, onlar rəhbər postlara gətirilir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Dekabr 2024