• Bakı C

    1.08 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

İlham Əliyev: Bu sənəd Heydər Əliyev təqaüdü ilə təhsil alan Somali tələbələrinin sayını artıracaq

SİYASƏT

12 Fevral 2025 | 17:13

İlham Əliyev: Bu sənəd Heydər Əliyev təqaüdü ilə təhsil alan Somali tələbələrinin sayını artıracaq

Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Somali Prezidenti Hasan Şeyx Mahmud ilə görüşündən sonra mətbuata bəyanatında deyib.

O bildirib ki, müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, ən vaciblərindən biri təhsil sahəsidir:

"Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək".


SON XƏBƏRLƏR