• Bakı 19° C

    4.08 m/s

  • USD - 1.7

    EUR - 1.8601

    RUB - 0.0175

İlham Əliyev İtaliyadan dünyaya mesaj verdi: Yeni beynəlxalq sistem formalaşır

SİYASƏT

07 Sentyabr 2024 | 10:11

İlham Əliyev İtaliyadan dünyaya mesaj verdi: Yeni beynəlxalq sistem formalaşır

"Prezident İlham Əliyevin İtaliya səfəri regional və beynəlxalq düzənin yenidən qurulmasının göstəricisidir". 

Bunu Bakıvaxtı.az-a Azərbaycan prezidenti İlham Əliyevin İtaliyaya səfərini dəyərləndirən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Analitik vurğulayıb ki, ölkə başçısı bununla dünyaya yeni beynəlxalq sistemin formalaşması mesajını verdi: 

"Avropa üçün isə bu, Azərbaycansız mümkün deyil. Həm də Azərbaycan Avropaya cənab prezidentin xətti ilə bildirdi ki, bu proses nəticəsində Avropa başa düşməlidir ki, onun stabil və əsas enerji təminatçısı Azərbaycandır. Əgər Azərbaycan olmasa, Avropa bu gün özünün milli maraqlarını və enerji gücünü təsis edə bilməz. Hətta dərhal diz çökər".

Onun sözlərinə görə, digər tərəfdən beyin mərkəzləri prizmasından nüfuzlu şəxslərin düşüncələrinə ehtiyac var. Dövlət başçısı İlham Əliyev də o şəxslərdəndir ki, bu gün İtaliyanın nüfuzlu beyin mərkəzində səsləndirdiyi tezislər dünya siyasətində tətbiq olunur:

"Digər məsələ isə ölkə başcısının "Azərbaycan təkcə özünün müstəqilliyi və gücünün tərəfində deyil" yanaşmasıdır. O, həm də Avropanın güclü olmasını istəyir və Azərbaycanı Şərqlə-Qərb arasında birləşdirici güc kimi görür". 

Əziz Əlibəyli:  Dövlətimizin başçısı Azərbaycanı Şərqlə-Qərb arasında birləşdirici güc kimi görür 

Həmsöhbətimizin sözlərinə görə, prezident onu da bəyan etdi ki, qarşıdan gələn COP29 dünyanın ən nüfuzlu tədbiri kimi beynəlxalq güclərin əməkdaşlıq etməsinə gətirib çıxarmalıdır: 

"Ölkə başçısı bildirdi ki, Avropadakı və dünyadakı bəzi dövlətlər Azərbaycandan örnək götürməlidir. Onlar bilməlidir ki, beynəlxalq hüquqa hörmət etmək lazımdır. Çünki beynəlxalq hüquqa hörmət etmək xüsusən kiçik dövlətlərin mövqelərini qoruması baxımından vacibdir. Ölkə başçısı onu da vurğuladı ki, dünya separatizmə qarşı mübarizəni Azərbaycan nümunəsindən öyrənməlidir. Həmçinin, ölkə rəhbəri İlham Əliyev onu da qeyd etdi ki, bu, SSRİ-dən sonra dövlətlər arasında bağlanmış ilk sülh müqaviləsi olacaq. Bir sözlə, cənab prezidetin bu siyasəti özünün və ölkənin gücünün böyük təminatçısıdır".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

10 Oktyabr 2024