• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşdü - YENİLƏNİB

SİYASƏT

11 Noyabr 2022 | 20:57

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşdü - YENİLƏNİB

Noyabrın 11-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Qurbanqulu Berdiməhəmmədov Vətən müharibəsində Qələbənin ikinci ildönümü münasibətilə özünün və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun təbriklərini Prezident İlham Əliyevə çatdırıb.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev öz növbəsində Qurbanqulu Berdiməhəmmədovu Türk Dünyasının Ali Ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Dövlətimizin başçısı qeyd edib ki, Türkmənistan və Azərbaycan bütün sahələrdə qardaşlıq, dostluq münasibətləri nümunəsi göstərir və bugünkü görüş də əlaqələrimizin inkişafına yaxşı təkan verəcək.

Görüşdə energetika, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

***17:22

Noyabrın 11-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşdü - YENİLƏNİBİlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşdü - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026