Böyük Britaniyanın Baş naziri Endi Börnham Ukraynaya səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, Ukrayna mətbuatı Börnhamın Kiyevdə ölkənin Londondakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ilə birlikdə olduğunu yazıb.
Məlumata görə, bu, Endi Börnhamın baş nazir kimi ilk xarici səfəridir. O, Kiyevin tərəfdaş ölkələrinin digər liderləri ilə birlikdə hərbi qəbiristanlığı ziyarət edib və həlak olan Ukrayna hərbçilərinin xatirəsini yad edib.
Qeyd edək ki, avqustun 24-də Ukraynanın Müstəqillik Günü ilə əlaqədar bir sıra dövlət və hökumət başçıları, həmçinin Avropa İttifaqının nümayəndələri Kiyevə səfər edib.





