• Bakı 19° C

    7.28 m/s

İlyas Yalçıntaş 10 il müddətinə həbs oluna bilər

ŞOU

19 Oktyabr 2026 | 13:50 | Müəllif: Əli Hüseynov

İlyas Yalçıntaş 10 il müddətinə həbs oluna bilər

Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik vasitələrin satışı və ya təmin edilməsi ittihamı ilə azı 10 il həbs cəzası tələb olunan ittiham aktı hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, istintaq zamanı müğənninin evində narkotik maddələrin xırdalanması üçün iki aparat, həssas tərəzi və içərisində bitki qalıqları olduğu ehtimal edilən banka aşkarlanıb. Onun qan və saç nümunələrində isə THC metaboliti və kokain müəyyən edilib.

Yalçıntaş ifadəsində narkotik istifadə etmədiyini, bankadakı maddənin kəklikotu, digər əşyaların isə fərqli məqsədlər üçün olduğunu bildirib.

İttiham aktı məhkəmə tərəfindən qəbul edilsə də, iş aidiyyət məsələsinə görə İstanbulun 19-cu Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, müğənni ötən ilin iyulunda məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılıb və həbs edilən dörd nəfər arasında olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR