• Bakı 21° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

İmtahanlarda qayda pozan nəzarətçilərin sayı açıqlanıb

CƏMİYYƏT

03 Iyun 2025 | 12:06

İmtahanlarda qayda pozan nəzarətçilərin sayı açıqlanıb

Ötən tədris ilində keçirilən qəbul və buraxılış imtahanlarında kompüter proqramı vasitəsi ilə köçürməyə (ağır və orta dərəcədə) yol verdiyi müəyyənləşdirilən nəzarətçilərin ümumi sayı 253 nəfər olub.

Bakıvaxtı.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

Bundan başqa, imtahan rəhbərləri tərəfindən və imtahanda baş verən xüsusi halların araşdırılması zamanı digər təlimat pozuntularına yol verdiyi müəyyənləşdirilən nəzarətçilərin ümumi sayı isə 210 nəfərdir. Bunlardan ağır köçürməyə yol verən nəzarətçilərin sayı 73, digər ciddi təlimat pozuntularına yol verən nəzarətçilərin sayı 76 nəfərdir.

Bu göstəricilər buraxılış imtahanları üzrə uyğun olaraq 76, 149, 23 və 46, qəbul imtahanları üzrə 177, 61, 50 və 30-dur.


SON XƏBƏRLƏR

04 Iyun 2025