• Bakı 22° C

    8.08 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

İnfeksion xəstəlikləri niyə artır? - Həkim MƏSLƏHƏTİ

CƏMİYYƏT

09 Aprel 2024 | 12:17

İnfeksion xəstəlikləri niyə artır? - Həkim MƏSLƏHƏTİ

Koronavirus pandemiyasından sonra bir çox virus və infeksiyaların aktivləşdiyinin şahidi oluruq. Pandemiya zamanı baş verən ağırlaşma və ölümlər insanların ən yüngül infeksiyadan belə təşvişə düşməsinə səbəb olur.

Bakıvaxtı.az-ın məlumatına görə, son dövrlər infeksiya xəstəlikləri ilə bağlı şikayətlər bir qədər də artıb.

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, infeksiyalar həmişə olub:

“Ətrafımız infeksiyalarla doludur. Ətrafımızdakı əşyalar mikrobla çirklənibsə, ona əlimizi vurub əl gigiyenasına riayət etmədən yemək yeyib əlimizi ağzımıza, üzümüzə vururuqsa, yoluxma ehtimalı çoxdur”.

Həkim vurğulayıb ki, xüsusən də, immuniteti aşağı olan, xroniki, onkoloji xəstəliklərdən əziyyət çəkən və dərman qəbul edən şəxslərin belə infeksiyalara yoluxma ehtimalı daha yüksəkdir:

“Ona görə əl gigiyenası hər zaman vacibdir. Belə infeksiyaların proflaktikasını aparmaq lazımdır”.

Aytac Aslan


SON XƏBƏRLƏR

07 May 2025