• Bakı 16° C

    1.48 m/s

İnsan hüceyrələrindən robot üçün "canlı" barmaq hazırlandı

CƏMİYYƏT

17 Iyun 2022 | 03:18 | Müəllif: Qalib İbrahimoğlu

İnsan hüceyrələrindən robot üçün "canlı" barmaq hazırlandı

Yaxın zamanda humanoid robotlarda əsl dəri və dırnaqlar meydana gələ bilər.

Bakıvaxtı.az aztibb.az-a istinadən xəbər verir ki, Yaponiyanın Tokio Universitetindən olan tədqiqatçılar robot üçün avtomatlaşdırılmış barmağı canlı insan hüceyrələrindən hazırlanmış, özü bərpa olunan dəri ilə örtməyə müvəffəq olublar.

Bu barmaqlar insan barmağının hərəkətlərini etmək imkanına malikdir. Barmaqların hazırlanması zamanı kollagen və insan dərisinin fibroblastlarının hüceyrələrindən ibarət məhlul silindrə yerləşdirilib. Bunlar insan dərisinin birləşdirici toxumalarının əsas komponentləridir.

Öz təbii xüsusiyyətləri sayəsində bu məhlul sıxılıb və hidrogel örtüyü yaradaraq barmağın konturlarını təkrarlayıb.

Sonrakı testlər göstərib ki, dəri kifayət qədər möhkəm və elastikdir.

Bununla belə, süni dəri hələlik təbii insan dərisindən daha zəifdir və sağ qalma üçün nəmləndirici maddələrlə təchiz edilməsinə ehtiyac var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR