• Bakı 10° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

İnsanlar Fəxri xiyabana axın edir

CƏMİYYƏT

12 Dekabr 2025 | 10:17

İnsanlar Fəxri xiyabana axın edir

Bu gün Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda insanların axını müşahidə edilir. 

Bakıvaxtı.az xəbər verir ki, səhər saatlarından etibarən paytaxt sakinləri, ictimaiyyət nümayəndələri, dövlət və özəl qurumların əməkdaşları Ulu Öndərin məzarını ziyarət etmək üçün xiyabana üz tutublar.

Ziyarətə gələnlər Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, ölkənin müasir inkişaf yoluna çıxarılması və milli həmrəyliyin təmin olunmasındakı tarixi xidmətlərini yad edirlər.

Fəxri xiyabanda təhlükəsiz və nizamlı ziyarətin təşkili üçün aidiyyəti qurumlar tərəfindən əlavə tədbirlər görülüb, ərazidə hərəkət intensivliyi artırılıb.

Qeyd edək ki, ziyarət gün ərzində davam edəcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR

11 Dekabr 2025