• Bakı 16° C

    2.76 m/s

“Facebook” çökəndə niyə təşvişə düşdük?

CƏMİYYƏT

06 Mart 2024 | 15:43

“Facebook” çökəndə niyə təşvişə düşdük?

Texnologiyanın, internetin günü-gündən inkişafı işlərimizi asanlaşdırsa da, bərabərində mənfilikləri də bizdən yan keçmir. İnsanlar sosial şəbəkələrlə o qədər iç-içədirlər ki, yaxınları ilə zaman belə keçirmirlər.

Dünən sosial şəbəkələrin 1 saatlıq çökməsi ilə insanlar arasında təşviş yarandı. Paylaşılan statusları, yazılan rəyləri müşahidə etdikdə cəmiyyətin böyük əksəriyyətinin sosial şəbəkələrdən asılı olduğunu gördük.

1 saatlıq problem insanlarda niyə belə bir həyəcan yaratdı? Bu asılılığın səbəbi nədir?

Bu barədə Bakıvaxtı.az-a danışan psixoloq Vəfa Rəşid sosial şəbəkələrdə yaranan 1 saatlıq durğunluğu həyatında marağı olmayan və həyatının dinamikası çox aşağı olan insanların əhval-ruhiyyəsinin daha da çökməsi kimi dəyərləndirib.

O, bunun səbəbinin ətrafdakı insanlarla ünsiyyətin sağlam olmaması ilə bağlı olduğunu qeyd edərək bildirib ki, onlar üçün sosial şəbəkənin olmaması sanki dünyanın sonu idi.

Psixoloq eyni zamanda söyləyib ki, bəzi insanlar baş verən fasiləni özlərinə yönəlik olaraq başa düşüblər:

“Bəzi insanlar belə düşünürdülər: “Mənim “Facebook” şəbəkəmin kodunu oğurlayıblar, yəqin ki, mənim hesabımı ələ keçiriblər”. Yəni bu, bir az da narsizmin verdiyi reaksiyalar idi. İnsanlar bunu özlərinə yönəltdilər ki, yəni bu, bizimlə bağlı bir məsələdir. Amma əslində sosial şəbəkədə problem vardı, bununla da durğunluq yarandı. Təəssüf olsun ki, bu gün belə düşünən insanlar, yəni narsizm düşüncəli insanlar çoxdur. Bu isə insanların öz həyatlarının olmaması, ümumiyyətlə nədənsə asılı qalmaqlarından və kütləvi depressiyadan xəbər verir”.

Vəfa Rəşidova: Bəziləri üçün sosial şəbəkənin olmaması sanki dünyanın sonu idi

Ekspert bu durğunluğu 1 saatlıq telefon detoksu olaraq dəyərləndirməyin mümkün olduğunu, lakin insanların bu fürsəti dəyərləndirməyərək təşviş, panik atak, həyacan, dərin sartıntı yaşadıqlarınına təəssüfləndiyini bildirib.

Həmsöhbətimiz digər bir səbəb olaraq fərdlərin başqalarının həyatına həsəd apardığını, öz həyatlarını kənara qoyaraq başqalarının həyatı ilə maraqlandıqlarını, onlara qibtə edərək öz həyatlarından deyil sanki onlardan asılı olduğunu deyib.

Müsahibimiz onu da vurğulayıb ki, Avropada telefonla oynayan insanlara qarşı aqressiv davranırlar. Onlar kiminsə telefonla çox vaxt keçirməyini hörmətsizlik olaraq qəbul edirlər.

“Təəssüf ki, Azərbaycanda bunu hələ də mədəniyyətsizlik kimi qəbul etmirlər. Toplum düşünür ki, kimin əlində telefon varsa, o daha müasirdir”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026