q
  • Bakı 16° C

    14.46 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

 İran ABŞ-yə yeni təklif göndərib - KİV

DÜNYA

27 Aprel 2026 | 10:20

 İran ABŞ-yə yeni təklif göndərib - KİV

İran Pakistan vasitəsilə ABŞ-yə yeni təklif göndərib. Bu təklif danışıqlar üçün üç mərhələli formul nəzərdə tutur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.

Məlumata görə, birinci mərhələdə Hörmüz boğazı ətrafındakı böhranın və ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının həlli təklif olunur. Daha sonra tərəflər uzunmüddətli atəşkəsin uzadılması və ya müharibənin daimi dayandırılması barədə razılığa gəlməlidirlər.

Nəşrin yazdığına görə, yalnız bu iki məsələ üzrə razılıq əldə edildikdən sonra İranın nüvə proqramı müzakirə olunacaq.


SON XƏBƏRLƏR

26 Aprel 2026