İran hakimiyyəti Avropa İttifaqına (Aİ) üzv ölkələrin Hərbi Hava və Hərbi Dəniz Qüvvələrini terror təşkilatları kimi tanıyıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatda bildirilib ki, Avropa İttifaqına üzv bütün dövlətlərin Hərbi Dəniz və Hərbi Hava qüvvələri terror təşkilatları elan olunur.
Qeyd edilib ki, qərar ABŞ-nin İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına cavab tədbirləri haqqında qanuna əsasən qəbul edilib.
Nazirlik vurğulayıb ki, bu qanun ABŞ-nin qərarını dəstəkləyən ölkələrə də şamil olunur.
Bakı 




