İran hakimiyyəti vətəndaşları etirazçılara etiraz olaraq 12 yanvarda keçiriləcək nümayişdə iştirak etməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslam İnkişafı Koordinasiya Şurası (İİKŞ) bu barədə ölkənin dövlət televiziya və radiosunda bəyanat yayıb.
Bəyanatda deyilir: "İslam İnkişafı Koordinasiya Şurası ölkənin hər yerindən insanları "ABŞ və İsrail agentlərinin terrorçu hərəkətlərini" pisləmək üçün ictimai toplantıda iştirak etməyə dəvət edir".
Dövlət televiziyası və radiosunun məlumatına görə, nümayiş yanvarın 12-də Tehranın Ənqelab meydanında yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 14:30) başlayacaq.
Bakı 




