• Bakı 24° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

İran-İsrail qarşıdurması: Daha çox tərəf tutan dövlətlər zərbə altına düşür

SİYASƏT

17 Aprel 2024 | 09:41

İran-İsrail qarşıdurması: Daha çox tərəf tutan dövlətlər zərbə altına düşür

İran-İsrail müharibəsi beynəlxalq aləmdəki nizamın ciddi şəkildə pozulmağa meyilli olduğunu göstərdi.

Artıq dünya əvvəlki kimi təhlükəsiz deyil. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsinə nəzərən də oxşar fikirlər səsləndirlir. Moskva-Kiyev hərbi qarşıdurması bir çox məsələlərə təsir göstərir və bu təsirin getdikcə artacağı, arealının genişlənəcəyi şübhəsizdir. Çünki müharibə bitmək bilmir.

Faktiki olaraq, ABŞ və Qərb dövlətləri Rusiyaya qarşı döyüşürlər. Üstəlik, Qərbin anti-İran mövqeyi də ortadadır. Ona görə də ekspertlər İsrail-İran qarşıdurmasını daha böyük müharibənin məşqi kimi qiymətləndirirlər. İran isə Azərbaycanın cənub qonşusudur. Yəni İranın başı üzərində əsən müharibə küləklərinin ölkəmizə təsiri qaçılmazdır. Əslində İran-İsrail münaqişində Azərbaycanın tutduğu mövqe bəllidir. Azərbaycan tərəflərin münaqişəyə cəlb olunmaması, münasibətlərin normal məcrada davam etdirilməsinin tərəfdarıdır. Çünki İran-İsrail arasında baş verən hər hansısa gərginlik müharibəyə çevrilərsə, bunun Azərbaycana müsbət təsiri olmayacaq. Bəs Azərbaycan gözlənilən hansısa qarşıdurmadan necə sığortalanmalı, hansı addımı atmalıdır?

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, bu, çoxprofilli məsələdir.

Onun sözlərinə görə, Azərbaycan dünyada baş verən və beynəlxalq münasibətlərin ritmini müəyyənləşdirən proseslərə reaksiyasını milli maraqlarını qorumaqla verir:

"Uzaq Şərq və Sakit okean regionunda baş verənlər bu proseslərin son olaraq zirvəyə çıxdığı nöqtə olacaq. Yəni Avropada və Yaxın Şərqdə hazırda hansı toqquşmalar varsa, hamısı Çinlə müharibənin ilkin məşqidir. Bu məqamı düzgün qiymətləndirmək lazımdır”.

Müsahibimiz bildirib ki, digər yandan Azərbaycan dünyanın növbəti dəfə bölüşdürülməsi prosesinə güclü şəkildə gedir:

“ABŞ-də keçiriləcək prezident seçkisindən sonra beynəlxalq münasibətlərin ruhu necə dəyişəcək? Biz bunun ilkin mesajlarını görürük. İsrail-İran münasibətlərinin əvvəlcədən müəyyən edilmiş formatı var və bu, hamıya bəllidir. Kimlərsə bu qarşıdurmanı "düşməncəsinə münasibət" kimi xarakterizə edir, amma əslində görünür ki, burada əsas tərəflər deyil, daha çox tərəf tutan dövlətlər zərbə altına düşür və itkilərlə üzləşir".

Əziz Əlibəyli: Azərbaycan dünyanın növbəti dəfə bölüşdürülməsi prosesinə güclü şəkildə gedir

Ə.Əlibəyli qeyd edib ki, Azərbaycan İsraillə strateji müttəfiqdir, ancaq İranda da 40 milyon azərbaycanlı yaşayır:

"Həm də qonşuluq münasibətləri var. O baxımdan Bakının ortaq sülh çağırışına üstünlük verməsi daha məntiqli idi. Azərbaycan da belə addım atdı. Azərbaycanın İsrail koalisiyasına qoşulub zərbə altına düşməsini istəyən çox sayda xarici qüvvələr var. Ya da əksinə, İrana xarici siyasətdə "stavka" qoymaqla İsraillə əlaqələrin pozulmasını arzulayan qüvvələr mövcuddur. Münasibətlərin dinamikasına baxsaq, Azərbaycanın dəqiq, orta qızıl xətt yürütdüyünü görərik".

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Aprel 2024