Məhəmməd Rza Raef Şeybani İranın Beyrutdakı yeni səfiri təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.
Şeybani bu vəzifədə 2022-ci ildən bəri İranın Livandakı səfiri vəzifəsində çalışan Müctəba Əmanini əvəz edəcək. Yeni təyin olunmuş səfir əvvəllər (Hizbullah və İsrail arasında 33 günlük müharibə zamanı) İranı Livanda təmsil edib və eyni zamanda İranın Suriya və Liviyadakı səfiri olub.
İran Xarici İşlər Nazirliyinin keçmiş rəsmi nümayəndəsi Nasir Kənani də yeni təyinat alıb: o, Əlcəzairdəki İran diplomatik missiyasına rəhbərlik edəcək.
Aynur Babazadə
Bakı 




