İranda həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi üç gündür aclıq aksiyası keçirir.
Bakıvaxtı.az "LeFigarofr"ə istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib.
Parisdə yaşayan vəkili Çirinne Ardakani qeyd edib ki, 53 yaşlı insan haqları fəalı apelyasiya şikayəti vermək, İrandakı vəkilləri ilə görüşmək və ziyarətçiləri qəbul etmək hüququnu tələb edir.
Vəkil əlavə edib ki, ailəsinə son zəng dekabrın 14-də edilib. Ailəyə aclıq aksiyası barədə bu yaxınlarda azadlığa buraxılmış məhbus məlumat verib.
Məlumat üçün bildirək ki, Nərgiz Məhəmmədi İranın şərqindəki Məşhəd şəhərindəki həbsxanasında tək nəfərlik kamerada saxlanılır. Dekabrın 12-də ölü tapılan bir vəkilin anım mərasimində çıxış etdikdən sonra digər fəallarla birlikdə həbs olunub. O, hakimiyyət tərəfindən qəddarcasına yatırılan etiraz hərəkatı başlamazdan əvvəl həbs olunmuşdu. Tərəfdarları iddia edirlər ki, zənglərə qoyulan qadağa fəalı susdurmaq cəhdidir, çünki onun etiraz hərəkatı barədə danışacağından ehtiyat edirlər.
"Amnesty International" təhlükəsizlik qüvvələrini onun həbsi zamanı işgəncə və digər pis rəftarlar etməkdə, o cümlədən onu döyməkdə ittiham etmişdi.
Aydın Baxış
Bakı 




