• Bakı 20° C

    3.36 m/s

İran Qarabağa qüvvə göndərir? - Molla rejimi ya ağlını itirib, ya da...

SİYASƏT

09 Mart 2023 | 16:46 | Müəllif: Qalib İbrahimoğlu

İran Qarabağa qüvvə göndərir? - Molla rejimi ya ağlını itirib, ya da...

Tehran may ayına qədər İran İnqilab Keşikçiləri və şiə silahlı birləşmələrindən ibarət 4000 nəfərlik qüvvəni Qarabağa köçürməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatnda yer alıb. Yayılan iddialar doğru olarsa, Azərbaycan hansı cavab tədbirini görəcək?

Politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a bildirib ki, bu, provokasiyadır:

“Molla rejimi başını itirib, özləri də bilmir hansı addımı atırlar. Sərhəddə o vaxt adam yığırlar ki, həmin ölkədə müharibə baş verir. İranın bu dəqiqə elə bir gücü yoxdur ki, Azərbaycana müharibə elan eləsin”.

Onun sözlərinə görə, görünən odur ki, guya bizi qorxutmaq üçün ağıllarına başqa fikir gəlməyib:

“Onlar Qarabağ ərazisinə güc yığa bilməzlər. İran ya ağlını itirib, ya da öz aləmlərində “xox gəlmək” istəyirlər. İran getsin birinci öz daxilindəki problemləri həll etsin, sonra ermənilərə kömək edər. İran necə müsəlman ölkəsidir ki, xristiana yardım edir?! Deməli, orda İslam yoxdur. Bunların əsas işi-gücü fundamentalizmdən ibarətdir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026