• Bakı 28° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

İran qonşu ölkələrlə əməkdaşlığa hazırdır - Pezeşkian

SİYASƏT

25 Avqust 2026 | 11:41

İran qonşu ölkələrlə əməkdaşlığa hazırdır - Pezeşkian

İran hakimiyyəti regionda sabitliyi bərpa etmək üçün qonşu dövlətlərlə hər cür qarşılıqlı əlaqəyə hazırdır.

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Onun sözlərinə görə, İran İslam ölkələri və qonşu dövlətlərlə iqtisadi, siyasi və təhlükəsizlik sahələrində hər hansı bir əməkdaşlığa və qarşılıqlı əlaqəyə hazırdır:

"Bölgədə davamlı sülhün bərqərar olması üçün İslam ölkələri ilə əməkdaşlığın gücləndirilməsi əsas tələbdir. Birlik və həmrəylik düşmən tərəflərin planlarına qarşı ən vacib maneədir".

Pezeşkian həmçinin qeyd edib ki, ABŞ İranla qarşılıqlı əlaqələrində tonunu və yanaşmasını dəyişdirməlidir. Güc və hədə-qorxuya güvənmək İran və ABŞ arasında imzalanmış anlaşma memorandumunun həyata keçirilməsi prosesini yalnız çətinləşdirəcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Avqust 2026