• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İran Rusiyaya güclü ballistik raketlər verdi

DÜNYA

21 Fevral 2024 | 23:10

İran Rusiyaya güclü ballistik raketlər verdi

İran Rusiyaya çoxlu güclü “yer-yer” ballistik raketləri verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” altı mənbəyə istinadən məlumat yayıb.

“Bunu gizlətmək üçün heç bir səbəb yoxdur. İstədiyimiz ölkəyə silah ixrac etmək icazəmiz var”, - deyə İran rəsmilərindən biri agentliyə bildirib.

Qeyd edilib ki, İran Rusiyaya 400-ə yaxın raket verib, onların çoxu “Fateh-110” yaxınmənzilli ballistik raketlər ailəsinə aiddir. Xüsusilə, söhbət 300-700 kilometr məsafədəki hədəfləri vura bilən “Zülfiqar” raketlərindən gedir.

Tehran və Moskva görüşləri zamanı əldə olunmuş razılaşmanın şərtlərinə əsasən, Rusiyaya tədarük yanvarın əvvəlində başlayıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024