• Bakı 25° C

    7.27 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

İran Trampın kiçik oğlu Berronu öldürməklə təhdid edir

DÜNYA

26 Avqust 2026 | 00:45

İran Trampın kiçik oğlu Berronu öldürməklə təhdid edir

ABŞ Məxfi Xidməti İran mediası tərəfindən yayılan və ABŞ Prezidenti Donald Trampın kiçik oğlu Berrona qarşı təhdidlərin yer aldığı videosüjeti araşdırdığını bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə Məxfi Xidmətin nümayəndəsi Neyt Herrinq bildirib.

"ABŞ Məxfi Xidməti bu videodan xəbərdardır və bizim mühafizəmiz altında olan şəxslərə qarşı təhdid kimi qiymətləndirilə biləcək hər şeyi araşdırır", - o bildirib.

Herrinq əlavə edib ki, əməliyyat təhlükəsizliyi mülahizələrinə görə qurum kəşfiyyat məlumatları və mühafizənin təmin edilməsi ilə bağlı məsələləri müzakirə etmir.

"The Washington Post" və "Politico" da daxil olmaqla, ABŞ mediasının məlumatına görə, İranda Berron Trampın öldürülməsi təhdidlərinin yer aldığı videosüjet nümayiş etdirilib. Bildirilib ki, videonun sonunda 10 milyon dollar məbləğində mümkün mükafat xatırladılıb.

ABŞ Məxfi Xidməti dövlətin birinci şəxslərinin və onların ailə üzvlərinin mühafizəsinə cavabdehdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026